Filippində 27 nəfər qasırğanın qurbanı oldu
09 dekabr 2014 07:07 (UTC +04:00)

Filippində 27 nəfər qasırğanın qurbanı oldu

0

Filippinin şərqində 27 nəfər “Xaqupit” qasırğasının qurbanı olub.

 

APA-nın İTAR-TASS agentliyinə istinadın verdiyi xəbərə görə, fəlakət zonasından 1 milyona yaxın insan təxliyyə edilib.

 

Məlumata görə, şiddətli külək və yağışlarla müşayiət olunan qasırğa Filippinin mərkəzi bölgəsində yer sürüşmələrinə səbəb olub. Nəticədə yerüstü nəqliyyatın hərəkəti tamamilə iflic olub. 200-ə yaxın  aviareys təxirə salınıb, bir neçə hava limanı bağlanıb. Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı on minlərlə ölçülür. “Xaqupit” bu mövsüm Sakit okean regionunda formalaşan sayca 22-ci tropik qasırğadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar