Kubanın sabiq lideri Fidel Kastro 14 aydan sonra ilk dəfə ictimaiyyət önünə çıxıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, martın 30-da F.Kastro Kubada səfərdə olan Venesuela nümayəndə heyəti ilə görüşüb.
Avtomobildə əyləşən 88 yaşlı F.Kastronun şəkillərini “Granma” qəzeti yayıb. Qeyd edək ki, sonuncu dəfə F.Kastro 2014-cü il, yanvarın 8-də Havanada mədəniyyət mərkəzinin açılışında görünmüşdü.