Sakit okeanda, Fici arxipelaqı yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Lent.az-ın məlumatına görə, bu barədə APA “RBK"-ya istinadən xəbər verir. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri Ndoi adasından 141 km şimal-şərqdə və Tonqanın paytaxtı Nukualofa şəhərindən 313 km qərbdə, 434 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı elan olunmayıb.