Moskvada banklararası valyuta birjasındakı satış zamanı Rusiya pulu cari il fevralın 7-dən sonra ilk dəfə avroya nisbətdə 47 rubla düşüb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, mayın 21-də hərracda bir avro 47 rubla satılıb. Bundan əvvəlki hərrac zamanı bir avro 47 rubl 30 qəpik olub.
Dollar isə 34,4 rubla satılıb.
Mənbə bildirib ki, Rusiya valyutasının güclənməsi Moskva ilə Pekin arasında Rusiya təbii qazının şərq marşrutu ilə ötürülməsinə dair anlaşmanın imzalanması fonunda baş verib.