Qatarın paytaxtı Dohada Fələstin muxtariyyətinin və FƏTH-in başçısı Mahmud Abbasla “HƏMAS” lideri Xalid Məşəl arasında görüşüb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu görüş Fələstindəki bu iki təşkilat arasında danışıqların birinci mərhələsinin başlamasına işarədir.
Xatırladaq ki, aprelin sonunda tərəflər Qəzza zolağındakı görüşdən sonra qarşılıqlı barış elan etdiklərini bildirmişdi.
Bu anlaşma İsrail hökuməti tərəfindən razılıqla qarşılanmayıb.