Ötən gün iğtişaşların yenidən baş verdiyi ABŞ-ın Ferqyuson şəhərində asayişin qorunması üçün Milli Qvardiyanın 2 mindən çox əsgəri cəlb olunub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Missuri ştatının qubernatoru Cey Nikson bildirib.
“Bölgədə Milli Qvardiyanın, ümumilikdə, 2200-dən çox əsgəri xidmət çəkəcək. Vətəndaşların həyatını və mülkiyyətini qorumaq lazımdır”, deyə Nikson qeyd edib.
Qeyd edək ki, ötən gün Ferqyusonda yenidən alovlanan iğtişaşlar zamanı onlarla ev yandırılıb, 29 nəfər saxlanılıb. İğtişaşlara səbəb məhkəmənin bu ilin avqustunda qaradərili amerikalını qətlə yetirən polis əməkdaşının cinayət məsuliyyətinə cəlb olunmamasına dair qərar verməsi olub.