Fələstinli diplomatı “soyuq savaşın” partlayıcısı öldürüb
Çexiyanın “Mlade fronta DNES” qəzeti bildirib ki, Fələstinin bu ölkədəki səfiri Camal əl – Camal “soyuq savaş” illərində Çexiyada istehsal olunan “semteks”-in, partlayıcının partlaması zamanı ölüb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Camal əl-Camal səfirliyin binasında köhnə seyfi açarkən baş verən partlayış nəticəsində həlak olub.
Olay yerində axtarış aparan polis binadan “soyuq savaş” dövrünə aid silah və başqa bir partlayıcı da aşkarlayıb.
Müstəntiqlər hesab edib ki, ölüm siyasi deyil, bədbəxt hadisə nəticəsində baş verib.
“Semteks” 1960-cı illərdə Çexoslovakiyada istehsal olunub. Çətin aşkar edilməsi bu partlayıcının üstünlüyü sayılır.
Mənbə xatırladıb ki, Çexoslovakiya «semteks»-i o zaman kommunist bloku və ya ona yaxın olan bir sıra dövlətlərə və rejimlərə göndərirmiş.