Fələstinin ticarət naziri Ziyad Əbu Ein İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma zamanı öldürülüb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Fələstinin Qərbi Şəriyə ərazisində baş verib.
İsrail hərbçiləri tərəfindən odlu silahla vurulan Z. Əbu Ein təcili tibbi yardım maşını ilə Ramallah xəstəxanasına aparılsa da, nazir yolda dünyasını dəyişib. Hadisənin təfərrüatları barədə geniş məlumat verilmir.