Fələstin hökumətinin başçısı istefa verib
26 aprel 2014 03:57 (UTC +04:00)

Fələstin hökumətinin başçısı istefa verib

Fələstin Muxtariyyətinin baş naziri Rami Həmdalla istefa verib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bunu yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqələndirirlər.

 

Xatırladaq ki, aprelin 23-də “HƏMAS” hərəkatı və FƏTH arasında sülh razılılaşması imzalanıb. Həmin anlaşmaya əsasən, tərəflər vahid hökumət qurulmasında razılığa gəliblər. Bundan başqa 6 ay ərzində isə muxtariyyətdə prezident və parlament seçkilərinin keçirilməsi də razılaşdırılıb.

 

Qeyd edək ki, İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşması imzalanandan sonra Fələstinlə İsrail arasında  sülh danışığı dayandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar