Faşistlərin gizli xəzinəsi aşkarlanıb
20 may 2014 01:23 (UTC +04:00)

Faşistlərin gizli xəzinəsi aşkarlanıb

Rusiyanın Avropa ilə sərhədində, Kalininqard vilayətində gizli anbarda 2-ci dünya savaşından qalma xəzinə aşkarlanıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, aşkar edilən kəhrab 87 milyon avro dəyərindədir.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, çəkisi 30 ton olan kəhrəba min 300 kisəyə qablaşdırılıbmış.

 

Bu xəzinə rusiyalı iş Adamı Viktor Boqdanla bağlı açılan cinayət işi nəticəsində aşkar edilib. O, bunu xaricdə satmaq niyyətində imiş.

 

2012-ci ilin iyulunda barəsində cinayət işi açılan V.Boqdanın yaxın zamanda Polşadan Rusiyaya  veriləcəyi gözlənilir.

 

Mənbə xatırladıb ki, kəhrəba faşist almanlarına mənsub olub.  Qeyd edək ki, Kalninqrad (Köninsberq) ikinci dünya müharibəsi illərində faşist almanları tərəfindən tutulub. Bu şəhər indi də avropalılarla Rusiya arasında mübahisəli ərazilərdən sayılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Oxşar yazılar