ABŞ-da Çexoslovakiya əsilli, faşist əsir düşərgəsinin keçmiş nəzarətçisi, 89 yaşlı İohann Brayer həbs edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, ikinci dünya savaşı zamanı əsir düşərgələrindəki yüz minlərlə yəhudi əsirin ölümündə iştirakda şübhəli bilinir.
İ.Brayer 1952-ci ildə ABŞ-a mühacirət edib. O, Filadelfiya ştatında öz mənzilində tutulub.
İddiaya əsasən, İ.Brayer “SS”-də nəzarətçi işləyərkən, Osventsim və Buhenvald əsir düşərgələrində Macarıstan, Çexoslovakiya və Almaniyadan olan yəhudilərin qaz kameralarında məhvində iştirak edib.
Brayerin həbsi ilə bağlı orderi təqdim edən Almaniya onun ölkəyə verilməsinə çalışır.
Saxlanılan Osventsimdə işlədiyini və onu bu cinayətləri törətməyə məcbur etdiklərini etiraf edib.