Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır
14 noyabr 2014 05:43 (UTC +04:00)

Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır

Yeni ciddi dəniz təhlükələri Fars körfəzi ölkələrini kollektiv Hərbi-Dəniz Qüvvələri yaratmağa məcbur edir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Abdel Lətif əz Zəyyani  qurumun müdafiə şurasının Küveytdə keçirilən 13-cü sessiyasında çıxışı zamanı deyib.

 

Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və BƏƏ daxildir.      

 

“Bölgənin və, bütövlükdə, dünyanın həyati maraqlarına təsir edən ciddi dəniz təhlükələri Şuraya üzv olan dövlətləri, ümumi Hərbi-Dəniz Qüvvələrinin yaradılması da daxil olmaqla, lazımi tədbirlər görməyə məcbur edir”, deyə əz Zəyyani qeyd edib.  

 

Şuraya üzv olan dövlətlər regionun vahid Hərbi-Dəniz Qüvvələrinin yaradılması təşəbbüsünü müzakirə ediblər.    

 

Əz Zəyyaninin sözlərinə görə, körfəz ölkələrinin liderləri təhlükələrə qarşı birgə çıxış etməkdə maraqlı olduqlarını  daim ifadə edirlər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar