Facebook-a görə sevgilisini öldürdü
25 fevral 2016 05:38 (UTC +04:00)

Facebook-a görə sevgilisini öldürdü

0

İngiltərənin Heysham qəsəbəsində baş verən hadisə hər kəsi heyrətləndirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hadisə zamanı Terri-Marie Palmer adlı gənc qadın Damon Searson adlı sevgilisini sinəsindən bıçaqlayıb.

 

Baş verənlər haqqında polisə məlumat verən 23 yaşlı gənc qız sevgilisi ilə mübahisə edərkən ona bilmədən bıçaqla xəsarət yetirdiyini deyib. Məlumata görə, D.Searson bütün vaxtını facebook sosial şəbəkəsində keçirirmiş. Hadisənin baş verdiyi gün Palmer ondan facebookdakı şəkillərini silməsini və dostluğunda olan qızlarla yazışmamasını istəyib. Palmerin istəklərini yerinə yetirməyən Searson onunla mübahisə edib. Əsəblərini cilovlaya bilməyən qadın mətbəxdəki bıçağı götürərək ona xəsarətlər yetirib.

 

Polislər Palmerin yazışmalarını oxuduğu zaman onun D.Searsonu çox qısqandığını, pulunu yalnız internetə xərclədiyini, başqa qızlarla danışdığını və onun buna görə çox əsəbiləşdiyini öyrəniblər. Hakim sevgilisini öldürdüyünə görə Palmeri ömürlük həbsə məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar