Fabrikdə partlayış: 5 ölü, 7 yaralı
08 avqust 2015 22:03 (UTC +04:00)

Fabrikdə partlayış: 5 ölü, 7 yaralı

0

Misirin Kəlübiyyə bölgəsində  fabrikdə baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, polis əməkdaşı daxil olmaqla 7 nəfər xəsarət alıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, partlayış müəssisənin anbarında baş verib. Hadisə yerinə 15 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının artıq söndürüldüyü bildirilir.

 

Qeyd edək ki, Kəlübiyyə bölgəsində  iyulun 28-də mebel fabrikində baş vermiş analoji hadisə nəticəsində 25 nəfər ölüb, 22 nəfər xəsarət alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar