Hindistanın Varanasi şəhərində tək yaşayan Mahasti Murasi adlı şəxs Ginnesin rekordlar kitabına düşüb. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, həmin şəxsin 179 yaşı var. Murasinin əlində yaşını sübut edən dəlilləri də mövcuddur. 1835-ci il iyunun 6-da dünyaya gələn Murasi 1957-ci ilə qədər ayaqqabı təmirçisi kimi çalışıb. 122 yaşı olanda pensiyaya çıxıb:
“Deyəsən, Əzrayıl məni unudub. O qədər uzun ömür yaşamışam ki, hətta nəvəmin nəvəsinin də ölümünü görmüşəm. 150 yaşını keçən heç kim yoxdur. Deyəsən, mən ölümsüzəm”.