Eynicinsli nikahlar daha bir ölkədə leqallaşdırıldı
24 may 2015 03:29 (UTC +04:00)

Eynicinsli nikahlar daha bir ölkədə leqallaşdırıldı

İrlandiyada mayın 22-də keçirilmiş referendumda eynicinsli nikahların tərəfdarları qələbə qazanıb.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, əhalinin 62 faizi  eynicinsli nikahların rəsmiləşdirilməsini dəstəkləyib.

 

Beləliklə, İrlandiya ümumxalq səsvermə yolu ilə eynicinsli nikahları rəsmiləşdirən rəsmi olaraq ilk ölkə olub. Bu vaxtadək Aİ-də analoji qərarlar  parlament səviyyəsində qəbul olunurdu.    

 

Qeyd edək ki, eynicinsli nikahlar artıq Belçika, Danimarka, İspaniya, Niderland, Portuqaliya, Fransa, İsveç və Böyük Britaniyanın bir neçə bölgəsində leqallaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar