Moskvada erməni bir yerdə yaşadığı qadının qızını öldürüb. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, Vaqram Ayvazyan 16 yaşlı qızı və onun itini yeddinci mərtəbədən yerə atıb. Bir neçə gün reanimasiyada qalan qız bu gün keçinib.
Faktla bağlı cinayət işi açılıb. V. Ayvazyan hadisə zamanı sərxoş olduğundan ilkin ifadəsi alınan zaman hadisənin necə cərəyan etdiyi barədə heç nə deyə bilməyib.