Everestdəki qar uçqunu «Google» şirkətinin top-menecerinin canını aldı
26 aprel 2015 06:58 (UTC +04:00)

Everestdəki qar uçqunu «Google» şirkətinin top-menecerinin canını aldı

«Google» şirkətinin yüksək vəzifəli əməkdaşı Daniel Fredinburq Nepaldakə zəlzələ səbəbindən Everestdə zirvəsinin yamacında baş vermiş qar uçqunu nəticəsində ölüb.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fredinburqun Everest zirvəsinə səyahətini təşkil etmiş  Britaniyanın Jagged Globe şirkətinin məlumatında bildirilir.

 

Məlumata görə, hadisə zamanı komandanın daha iki üzvü yüngül xəsarət alıb.

 

Qeyd edək ki,  Daniel Fredinburq uzun müddət “Google” şirkətində  “Google X” yeni layihələr laboratoriyasında rəhbər vəzifədə çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 103
avatar

Oxşar yazılar