Rusiyanın paytaxtında külli miqdarda oğurluq hadisəsi baş verib. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, oğurluq faktı iyulun 24-də aşkarlansa da, hadisə daha əvvəl baş verib. İki həftəlik tətildən qayıdan təqaüdçü qadın mənzilində oğurluq baş verdiyini görüb və dərhal polisə müraciət edib.
Məlum olub ki, oğrular plastik pəncərəni açaraq mənzilə daxil olub və evdən 150 min dollar, bahalı zinət əşyaları və 2 kürk götürüblər.