Evdə zəncirlənən qız özünü güllələdi
20 dekabr 2014 19:22 (UTC +04:00)

Evdə zəncirlənən qız özünü güllələdi

Türkiyədə 18 yaşlı qız özünü güllələyib. Lent.az-ın millliyet.com.tr-ə istinadən məlumatına görə, Adana şəhərində baş verən olayda qızın intihar etməsinə səbəb atasının onu evdə zəncirləməsi olub.


Atanı belə hərəkət etməyə qızını qızını  oğlanla yaxalaması vadar edib. Belə ki,  18 yaşlı S.Y. atası və anası evdə olmadığı vaxt sevgilisini evə çağırıb. Onlar tək olduqları vaxt qızın atası pul kisəsini unutduğu üçün işdən evə qayıdıb. Qapını açan ata qızını yad oğlanla birlikdə tutub.

Bundan sonra qızını evdən çölə çıxmağa qoymayan ata qızını evdə zəncirləyib.
 

Ev dustaqlığından bezən gənc qız atasının silahını götürərək özünü güllələyib. Hadisə qızın anası bazara gedən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır, ata ifadə vermək üçün hüquq-mühafizə orqanlarına aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar