Rusiyanın Omsk vilayətinin Maryanovsk rayonunda 12 mərtəbəli evdə partlayış baş verib. İTAR TASS-ın verdiyi məlumata görə, məişət qazının səbəb olduğu partlayışı nəticəsində binanın bir hissəsi uçub.
Hadisə zamanı 5 nəfər ölüb. 9 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ünün vəziyyəti ağırdır.
Partlayış baş verən evdə 25 nəfər yaşayırmış. Bina qəzalı vəziyyətə düşdüyündən 13 sakin qohumlarının evinə köçürülüb.
Hadisə yerində Rusiya FHN-in 89 əməkdaşı və 13 texnikası işləyir.