Etirazçılar Sarkisyanla görüşməkdən imtina etdilər
24 iyun 2015 01:56 (UTC +04:00)

Etirazçılar Sarkisyanla görüşməkdən imtina etdilər

0

İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdən imtina ediblər.

 

Qeyd edək ki, bundan əvvəl polis aksiya iştirakçılarının 5 nümayəndəsinə problemləri müzakirə etmək üçün prezident Serj Sarkisyanla görüşməyi təklif edib.

 

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, Əlaqələndirmə qrupu Serj Sarkisyanla görüşməkdən imtina etdiklərini bildirərək, ölkə prezidentinə birbaşa yayımda elektrik enerjisi tariflərinin qaldırılması barədə qərarın qüvvədən düşməsini elan etməyi təklif edib.   

 

Qeyd edək ki,  İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları yenidən mərkəzi Baqramyan prospektində oturaq piket keçirmək qərarına gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar