Estoniyanın rekordçu baş naziri istefa verib
11 mart 2014 05:10 (UTC +04:00)

Estoniyanın rekordçu baş naziri istefa verib

0

Martın 10-da Estoniyanın baş naziri, hakim İslahatçı Partiyasının lideri Andrus Ansip istefası ilə bağlı parlamenti xəbərdar edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, deputat ondan əlvida çıxışı gözləsə də, Andrus Ansip istefası ilə bağlı ölkə qanunlarından maddələri sadalamaqla kifayətlənib.

 

Ansip 2005-ci il aprelin 13-də hökumət başına gətirilib. 2007-ci ildə o, baş nazir vəzifəsinə yenidən təsdiqlənib. 1991-ci ildən, Estoniya müstəqil olandan bəri o, bu vəzifədə qalmaqla rekord vurub. Ötən müddət ərzində Andrus Ansip 3249 gün hökumət başında olub.

 

 

Baş nazirliyə yeni namizədin adı 14 gün ərzində ölkə prezidentinə təqdim edilməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 892

Oxşar yazılar