Estoniyanın 62 yaşlı prezidenti Toomas Xendrik İlves Latviya Müdafiə Nazirliyinin 38 yaşlı əməkdaşı İyeva Kuptse ilə evlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, geniş ictimaiyyət üçün qapalı keçirilmiş cütlüyün nikah mərasimi Estoniyanın Xaliste qəsəbəsindəki kilsədə təşkil olunub.
Nikah mərasimində yalnız yaxın dostlar və qohumlardan daxil olmaqla cəmi 40-dək qonaq iştirak edib. Nikah mərasimində İncildən çıxarışlar eston, latış və ingilis dillərində oxunub.
Jurnalistlər kilsəyə nikah mərasiminin sonunda buraxılıblar.
Qeyd edək ki, bu Estoniya prezidentinin sayca üçüncü evliliyidir.
Qeyd edək ki, yerli mətbuat prezident Hendrik İlveslə arvadı Evelin İlvesin ayrılığına səbəb kimi ötən ilin avqust ayında birinci xanımın gecə klubunda gənc bir oğlanla öpüşməsini əks etdirən fotoları göstərib. Bu hadisə Estoniyada böyük qalmaqala səbəb olmuşdu.