Eşton 8 Mart bayramını Tehranda keçirəcək
06 mart 2014 04:16 (UTC +04:00)

Eşton 8 Mart bayramını Tehranda keçirəcək

0

Martın 8-dən 10-dək Avropa Birliyinin ali komissarı Ketrin Eşton İrana səfər edəcək.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ali komissarın mətbuat katibi Maykl Mann bildirib ki, Eşton İslam Respublikasının rəhbərliyi görüşlər keçirəcək.

 

Onun İranda görüşəcəyi rəsmilərin adları açıqlanmayıb. M.Mannın sözlərinə görə, ikigünlük səfər üçün proqram hazırlanır.

 

Xatırladaq ki, AB-nin ali komissarının İslam Respublikasına səfəri ilə bağlı xəbərlər ötən ildən yayılıb. Ancaq indiyə kimi birliyin rəsmiləri bunu təsdiqləmirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar