Əsəd Rusiyanın İŞİD-lə savaşacaq müxalifətə dəstək verməsinə razıdır
23 oktyabr 2015 01:51 (UTC +04:00)

Əsəd Rusiyanın İŞİD-lə savaşacaq müxalifətə dəstək verməsinə razıdır

0

Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun sessiyasında çıxışı zamanı suriyalı həmkarı Bəşər Əsədlə danışıqların detallarını açıqlayıb. Bu barədə APA “Gazeta.ru”ya istinadən xəbər verir.  

 

“Prezident Əsədlə danışıqlarımıza bir az aydınlıq gətirim. Mən ondan soruşdum ki, əgər Suriyada  İŞİD-lə real döyüşə hazır olan  silahlı müxalifət aşkarlansa sizin buna münasibətiniz necə  olar? Əgər biz onların terrorla mübarizədə səylərini dəstəkləsək, sizin buna münasibətiniz necə  olar? Əsədin cavabı “Mən buna müsbət yanaşıram” oldu”, deyə Putin bildirib.

 

V.Putinin sözlərinə görə, Rusiya tərəfi hazırda bu planları reallaşdırmaq imkanlarını nəzərdən keçirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar