“Hazırda Avropada yaşanan qaçqın böhranının əsas səbəbi Qərbin terrorçulara dəstək verməsidir”.
APA-nın “Press TV”yə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd Rusiya mediasına müsahibəsi zamanı deyib.
“Məsələ Avropanın onları qaçqın kimi qəbul edib-etməməyində deyil, iş burasındadır ki, bu məsələ ilə məşğul olunmur. Əgər qaçqınlar üçün narahat olurlarsa, o zaman terrorçulara dəstəyi dayandırsınlar”, deyə B. Əsəd bildirib.