Misirin keçmiş müdafiə naziri, prezidentliyə namizəd, feldmarşal Əbdülfəttah əs-Sisi bildirib ki, indiki şərait nəzər alınmaqla, ərəb dünyasında əhalinin ən sıx yaşadığı bu ölkənin “əsl demokratiyaya yetişməsi üçün 20-25 il lazımdır”.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bununla belə prezidentliyə namizəd deyib: “Əgər işlər hazırladığımız plan üzrə gedərsə, Misirdə vəziyyət yaxın 2 il ərzində yaxşılaşa bilər”.
Jurnalistin “əgər ölkədə yeni etiraz dalğası yenidən baş qaldırarsa, nə edəcəksiniz” sualını belə cavablandırıb: “İnsanlardan özünüz soruşun. Onlar nədən razı deyillər? Hadisələrin uyğun inkişafında ordunun müdaxiləsi gözlənilməyəcək. Halbuki hərbçilər xalqın iradəsi ilə fəaliyyət göstərir”.
Mayın əvvəlində Misirin Ali Seçki Komissiyası prezidentliyə namizədlərin yekun siyahısını təsdiqləyib. Seçkiqabağı kampaniya mayın 3-dən başlanıb və 21 gün davam edəcək.
Ölkə seçki mayın 26 -27-də keçiriləcək.