2014-cü ilin birinci rübündə Ermənistanın Ukrayna ilə ticarəti 20,4 faiz azalıb.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu hesabat dövründə dövlətlər arasında ticarət dövriyyəsi 41,3 milyon dollar, yaxud Ermənistanın xarici ticarətinin 3,1 faizini təşkil edib.
Mənbə bildirib ki, Ermənistanın İranla ticarət dövriyyəsi bu müddət ərzində eyni həcmdə, 20,4 faiz azalaraq, 58,2 milyon dollar (xarici ticarətin 4,4 faizi) təşkil edib.
Ermənistanın ən iri iqtisadi tərəfdarı Rusiya ilə ticarət dövriyyəsi birinci rübdə 2,3 faiz artaraq, 323,5 milyon (xarici ticarətin 24,5 faizi) dollar olub.
Belarusla 38,4 faiz azalaraq, 7,7 milyon dollara (xarici ticarətin 0,6 faizi) enib.
Ermənistanın Qazaxıstanla ticarət dövriyyəsi 57 faiz artaraq, 2,2 milyon dollara çatıb.
Avropa Birliyi ölkələri ilə ticarət 1,1 faiz artaraq, 378 milyon dollar (xarici ticarətin 28,6 faizi) təşkil edib.