Ermənistanın partiya lideri: "Hakimiyyət legitim deyil”
17 sentyabr 2014 00:45 (UTC +04:00)

Ermənistanın partiya lideri: "Hakimiyyət legitim deyil”

“İrs” partiyasının lideri R.Ovanisyan: “Ermənistan hakimiyyəti konstitusiya islahatları aparmağa legitim deyil”

 

Ermənistanın parlament idarəçiliyi sisteminə keçidinin tərəfdarları da konstitusiya islahatlarının aparılmasına qarşı çıxış edirlər, bu da islahatların  aparılmasının hələ tez olduğuna işarə edir. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə  “İrs” partiyasının lideri Raffi Ovanisyan bildirib.  

 

Onun fikrincə, əgər təklif edilən konstitusiya islahatları artıq qəbul olunub icra edilsə belə, bu vəziyyəti heç cür dəyişməyəcək, çünki ölkədə bu gün müşahidə olunan əksər problemlər Konstitusiyanın müddəalarına məhəl qoyulmamasının nəticəsidir: “Konstitusiya təkcə mündəricat deyil, bu həm də reqlamentdir. Ölkə kifayət qədər inkişaf səviyyəsinə çatmayıb, ölkə hakimiyyəti isə bu cür mühüm prosesin reallaşdırılması üçün legitimliyin lazımi səviyyəsinə malik deyil”.  

 

Ovanisyan, həmçinin qeyd edib, islahatların keçirilməsi üçün müəyyən olunmuş vaxt da onu təəccübləndirib. O, qeyd edib ki, islahatlar barədə danışıqlar son prezident seçkilərindən sonra gündəmə gətirildi, hazırkı dövlət başçısı isə prezidentliyə bir daha iddia edə bilməz.  

 

Ovanisyanın sözlərinə görə, qeyd olunan prosesi şübhə altına salan digər məqam isə konstitusiya islahatlarının hazırlanması üzrə komissiyanın rəhbəri vəzifəsinə Konstitusiya məhkəməsinin sədrinin təyin olunması ilə bağlıdır. Ovanisyan burada maraqların toqquşmasının baş verdiyini vurğulayır. “Məhkəmə hakimiyyətinin nümayəndəsi bu prosesə cəlb edilməməlidir”, deyə o qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar