Ermənistanın dövlət borcu 5 milyard dolları keçib
30 yanvar 2016 23:25 (UTC +04:00)

Ermənistanın dövlət borcu 5 milyard dolları keçib

Ermənistanın dövlət borcu 5 milyard ABŞ dollarını keçib. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ermənistan mətbuatının yaydığı məlumata əsasən, 2015-ci ilin sonuna ölkənin dövlət borcu 5,071 milyard dollar olub.

 

Bunun 4,3 milyard dolları xarici, 461 milyonu isə daxili dövlət borcudur.

 

Bildirilir ki, Ermənistanın dövlət borcu ötən ilin sonuna olan məlumata görə, ümumi daxili məhsulun yarısından çoxdur. Ümumi daxili məhsulun həcminin dəqiq məbləği iki aydan sonra müəyyən olacaq. Ona görə də dövlət borcunun ümumi daxili məhsulun 60 faizindən çox olacağı istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar