APA-nın məlumatına görə, bu barədə yerli “168 jam” qəzeti xəbər yayıb.
Bildirilir ki, nümayəndə heyətinin yeni rəhbəri parlamentdə hakim partiyanı təmsil edən deputat Samvel Farmanyan olacaq. Bu yerdəyişməAŞPA-nın 25-29 yanvar tarixlərində baş tutacaq qış sessiyasından sonra baş verəcək.
“Naqdalyanın istefası ötən ilin noyabrından yetişib. Həmin vaxt AŞPAkomitələrində Ermənistan əleyhinə “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində gərginliyin artması” və “Azərbaycanın sərhədyanı rayonlarında əhalinin qəsdən içməli sudan məhrum edilməsi” adlı qətnamə layihələri dəstəkləndi. Elə həmin vaxt Naqdalyan istefaya getməyə hazır olduğunu bildirib”, - deyə məqalədə qeyd edilib.