Ermənistanla Rusiyanı bağlayan yeganə quru yolu, Kazbek - Yuxarı Lars azı üç həftə bağlı qalacaq.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, Gürcüstan ərazisindən keçən bu yolun 200 metri dağılıb. Temperaturun yüksəlməsi nəticəsində Kazbek dağında qar əriyib. Bu isə Terek çayının daşmasını səbəb olub. Nəticədə həmin ərazidə torpaq sürüşüb.
Bu yol həm Gürcüstan, həm də Ermənistan üçün strateji əhəmiyyət daşıyır.