Ermənistanda Rusiya sərhədçisinin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
27 fevral 2015 22:21 (UTC +04:00)

Ermənistanda Rusiya sərhədçisinin itkin düşməsi ilə bağlı cinayət işi açıldı

0

Ermənistan İstintaq Komitəsi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu, müqavilə əsasında xidmət göstərən Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, A.Afyan Ermənistan vətəndaşıdır.

 

Cinayət işinin Ermənistan CM-nin 104-ü maddəsi üzrə (qətlə yetirilmə) açıldığı bildirilir. 26 yaşlı A.Afyanın itkin düşməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına onun arvadı müraciət edib. Yerli mənbələrə görə, itkin düşməmişdən əvvəl hərbçi böyük  məbləğdə borcu olduğunu etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar