Ermənistanda qətl hadisəsi baş verib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Gümrü şəhərinin Muş məhəlləsindəki evlərdən birində iki qadının cəsədi aşkarlanıb.
Ölənlərin 71 yaşlı Knarik Şaumyan və onun 50 yaşlı qızı Alvard Şaumyan olduğu müəyyənləşdirilib.
Qonşuların sözlərinə görə, mənzildəki əşyalar dağınıq vəziyyətdə olub. Ehtimal olunur ki, hadisə quldurluq zəminində baş verib. Evi qarət etmək istəyən şəxs və ya şəxslər ana və qızını qətlə yetiriblər.
Onların üzərində çoxsaylı bıçaq xəsarətləri olub.
Öldürülən qadınların sələmə pul verdikləri bildirilir.
Hadisə yerində polis işləyir.