Ermənistanda “Təsisedici Parlament” radikal müxalifət təşəbbüsünün lideri Jirayr Sefilyana qarşı aprelin 9-da ittiham irəli sürülüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “NEWS.am”a hərəkatın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Jirayr Sefilyana qarşı Ermənistan CM-nin 225-ci maddəsi (kütləvi iğtişaşlar) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, aprelin 7-də Ermənistan İstintaq Komitəsi qondarma erməni soyqırımının 100 illiyinin qeyd ediləcəyi aprelin 24-də planlaşdırılan kütləvi iğtişaşların qarşısının alındığını bəyan edib.
Başlanmış cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış, əməliyyat-axtarış və digər tədbirlər həyata keçirilir.
Tədbirlər zamanı “Təsisedici Parlament”ın lideri Jirayr Sefilyan və hərəkatın bir neçə üzvü saxlanılıb.