Ermənistanda Gümrü Pedaqoji Universitetinin rektoru Vardevan Qriqoryanın doğma qardaşı Artyun Qriqoryan öldürülüb.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, onun odlu silahdan qətlə yetirildiyi ehtimal edilir.
Hadisə ilə bağlı cinayət işi açılıb. Artyun Qriqoryanın ölümünü səbəb məhkəmə –tibbi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.