Ermənistanın Gümrü şəhərində aralarında iki yaşlı uşaq da olmaqla bir ailənin 6 üzvünü güllələyərək öldürən rus hərbçisi saxlanılıb. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, bu ölkədəki Rusiya hərbi bazasının hərbçisi olan Valeri Permyakov Ermənistan-Türkiyə sərhədində, Bayandur kəndində ələ keçirilib.
Qeyd edək ki, Ermənistan polisi hadisə yerində hərbi hissədən qaçan əsgərin ad və soyadı yazılan ayaqqabısını tapmışdı. Yanvarın 12 baş verən qətl hadisəsi zamanı evdə olan 6 aylıq körpə sağ qalmışdı. Çoxlu qan itirən körpə hələ də reanimasiyadadır.