Ermənistanda elektrik enerjisi bahalaşacaq
11 iyun 2014 02:58 (UTC +04:00)

Ermənistanda elektrik enerjisi bahalaşacaq

0
Ermənistanda avqustun 1-dən elektrik enerjisi bahalaşacaq.

 

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə,iyunun 10-da Ermənistan parlamentində ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan açıqlama verib.  

 

Onun sözlərinə görə, qiymət artımı qaçılmazdır, əks təqdirdə “Ermənistan Elektrik Şəbəkəsi” çox mürəkkəb maliyyə vəziyyətində olacaq: "Hazırda qurumun borcu 16 mlrd 600 min dram təşkil edir".  

 

“İnanın ki, cəmiyyətin etirazını dinləmək bizə heç də xoş deyil. Qiymətlər artmasa, 2-3 ildən sonra siz özünüz bizdən soruşacaqsınız ki, enerji sisteminin bu vəziyyətə çatmasına  necə yol verdiniz” - deyə, Nazaryan bildirib.  

 

Xatırladaq ki, bu il iyunun 4-də Ermənistanın  İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası saatda bir kVt  elektrik enerjisinin qiymətini 3,8 - 4,3 drama qaldırmaq niyyətində olduğunu bəyan edib.  

 

Bundan əvvəl, ötən ilin iyulun 7-də elektrik enerjisinin tarifi 8 dram artırılaraq günün işıqlı vaxtında  saatda bir kVt üçün 38 dram, gecə tarifi isə 28 dram müəyyən edilmişdi. Elektrik enerjisinin  bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu. 

 

Beləliklə, avqustun 1-dən elektrik enerjisinin tarifi günün işıqlı vaxtında  saatda 1 kVt üçün təxminən 42 dram ($0.10) , gecə tarifi isə 32 dram ($0.08) məbləğində müəyyən ediləcəyi gözlənilir.  

 

Qeyd edək ki,  iyunun 10-na olan məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 412 dram təşkil edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar