Xarici ölkə vətəndaşını qarət etdikləri üçün Ermənistanda iki nəfərə qarşı ittiham irəli sürülüb.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, onlar ABŞ vətəndaşının qarət ediblər.
Taksi sürücüsü və onunla əlbir olan daha bir nəfər maşına oturan amerikalını bıçaqla hədələyərək, 20 min drəm pulunu götürüblər. Bundan sonra onlar hadisə yerindən qaçıb.
Bir neçə gündən sonra hər iki qarətçi saxlanılıb. Onlara qarşı cinayət işi açılıb.