Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı artır
10 yanvar 2016 16:41 (UTC +04:00)

Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı artır

Mikaelyan adına İrəvan Cərrahiyyə İnstitutunda H1N1 (“donuz qripi”) virusundan daha bir nəfər ölüb.

 

APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.

 

Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb.

 

Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.

 

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, “donuz qripi”ndən beşinci ölüm faktıdır.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar