Bu günə olan məlumata əsasən Ermənistanda 170 H1N1 virusuna (donuz qripi) yoluxma faktı qeydə alınıb.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə nazirinin müavini Vaan Poqosyan deyib.
“Xəstələrdən dördünün vəziyyəti ağırdır, onlar reanimasiyaya yerləşdiriliblər. 2015-ci ilin sonu - 2016-cı ilin əvvəllərində donuz qripindən 6 ölüm faktı qeydə alınıb”, - Poqosyan qeyd edib.