Ermənistan səfirinin oğlu həbs edildi
04 sentyabr 2014 16:46 (UTC +04:00)

Ermənistan səfirinin oğlu həbs edildi

Gürcüstanda olan Ermənistan səfirinin oğlu həbs edilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Ermənistanın Sünik vilayət məhkəməsi bu gün Gürcüstanda fəaliyyət göstərən Ermənistan səfiri və məşhur ağır atletika idmançısı Yuri Vardanyanın oğlu Davidi narkotiklərin qaçaqmalçılığında günahkar bildirərək 4,5 il azadlıqdan məhrum edilməsinə qərar verib. Bundan əlavə olaraq onun narkotik asılılığından məcburi müalicə olunacağı bildirilib. 

Məhkəmə prosezi zamanı Yuri Vardanyan zalda olmasa da hökm oxunduğu zaman Davidin şərh bildirməkdən imtina edən anası olub. D. Vardanyan sonuncu dəfə açıqlaması zamanı həşişi Ermənistanın Aqarak şəhərinə satmaq üçün yox özü qəbul etmək üçün gətirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515
avatar

Oxşar yazılar