Ermənistan prezidentini oteldən qovdular
21 avqust 2014 16:46 (UTC +04:00)

Ermənistan prezidentini oteldən qovdular

Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın məşhur kurort zonası Baden Badendən qovublar. Lent.az anspress-ə istinadən məlumatına görə, bu barədə erməni portalı “Armenian Report” Ermənistan prezidentinin adminstrasiyasına yaxın mənbəyə istinadən bildirib.

Portalın yazdığına görə, Sarkisyan 2012 və 2013-cü illərdə yayı həmin oteldə keçirib. Həmin illərdə prezidentin ətrafında bir neçə erməni oliqarx da olub . Onlar həm oteldə intizam qaydalarını pozublar, həm də onlar kurorta iri məbləğdə pul borclu qalıblar. 

“Ermənistan prezidentinə və onun dəstəsinə diplomatik qaydada başa salıblar ki, onlar bu pansionatda arzuorlunmaz qonaqdırlar”, - deyə portal vurğulayır. 

Portalına məlumatına görə, hazırda Serj Sarkisyanın aparıtı prezidentin hansı ölkəyə gedəcəyi ilə bağlı baş sındırır. Mümkün variant kimi Fransa və ya Sloveniya nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5798
avatar

Oxşar yazılar