Ermənistan Ordusunda ölüm faktı: intihar, yoxsa qətl?
Ermənistan Ordusunda ölüm faktı qeydə alınıb. APA TV-nin “erpress.am” saytına istinadən yaydığı məlumata görə, hadisə Azərbaycanın işğal altında olan Ağdərə rayonundakı hərbi hissələrdən birində baş verib. Mayın 8-də hərbi hissədə 20 yaşlı Arutyun Ambaryanın meyiti tapılıb. Faktla bağlı “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb. Maraqlıdır ki, Ambaryanın ailəsi fakt barədə hərbi komissarlıqdan deyil, televiziyadan xəbər tutublar. Arutyun Ambaryanın atası hüquq müdafiəçilərinə müraciət edib, 10 dəqiqə sonra komissarlıqdan evə zəng vuraraq bildiriblər ki, hərbçi yaralanıb və onu İrəvana gətirirlər. Lakin sonradan xəbərin yalan olduğu, erməni hərbçinin öldüyü aydınlaşıb. Maraqlıdır ki, hərbi xidmətə çağırılan zaman Arutyun Ambaryanın gözlərində ciddi problem olub, görmədə çətinliklər çəkib, buna rəğmən hərbi komissarlıq onun hərbi xidmətə göndərilməsinə qərar verib. Ambaryanın ailəsi Ambaryanın intihar etməsi versiyasına inanmırlar. Onlar övladlarının hərbi hissədə öldürüldüyünü bildirirlər.
117