Ermənistan baş nazirinin sabiq müavini Vahan Şirxanyan həbs olunub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
V. Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.
Qeyd edək ki, bu il noyabrın 25-də İrəvanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdırılan dəstə zərərsizləşdirilib.
Hazırda cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.
Vahan Şirxanyan 1995-1999-cu illərdə Ermənistan Müdafiə Nazirinin birinci müavini və baş nazirin müavini vəzifələrində çalışıb.