Ermənisevər amerikalı senator antirusiya sənədi təqdim edib
13 mart 2014 06:39 (UTC +04:00)

Ermənisevər amerikalı senator antirusiya sənədi təqdim edib

ABŞ Senatı Rusiyaya qarşı sanksiyanı müzakirə edir. Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, bu yasaqlar «soyuq savaş» illərindəkindən də sərt  ola bilər. Bununla belə sanksiya Rusiya banklarına, energetika şirkətlərinə toxunmayacaq. Mənbə bildirib ki, senatorlar bununla dövlət katibi Con Kerriyə rusiyalı həmkarı Sergey Lavrovla martın 13-də keçiriləcək görüşdə manevr etmək imkan verirlər.

 

Senatorlar sanksiyanı Ukraynandakı korrupsiyada iştirak edən rusiyalı məmurlara tətbiq etmək niyyətindədirlər.

 

Maraqlı məqamlardan biri, sözügedən qanun layihəsini ermənipərəst, Demokrat Partiyasından olan Bob Menendesin təqdim etməsidir. «Putin beynəlxalq ictimaiyyətlə rus ruletkası oynamaq istəyir. Ancaq biz beynəlxalq hüququn pozulmasına imkan verməyəcəyik» -deyə, o, bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar