Ermənilərin Amerika Konqresindəki əsas havadarı korrupsiyada ittiham olunur
02 aprel 2015 03:43 (UTC +04:00)

Ermənilərin Amerika Konqresindəki əsas havadarı korrupsiyada ittiham olunur

ABŞ-ın Nyu Cersi ştatından seçilən senator Robert Menendesə   qarşı korrupsiya ittihamı irəli sürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyinin Twitter səhifəsində dərc olunmuş məlumatda bildirilib.  

 

Robert Menendesə qarşı korrupsiya ittihamları ilk dəfə mart ayında gündəmə gəlib.  O tanışı Demokrat partiyasının donoru, həkim oftalmoloq Salomon Melgenə kömək etmək üçün vəzifə səlahiyyətlərindən istifadə etməkdə şübhəli bilinir. Ədliyyə Nazirliyində iddia edirlər ki, bu “xidmətlər”ə görə Robert Menendes müntəzəm olaraq bahalı bəxşişlər, o cümlədən, heç bir ödəniş etmədən hava nəqliyyatından istifadə imkanı əldə edib.    

 

Robert Menendes ittihamları təkzib edib və istefaya getmək niyyətində olmadığını bildirib.  Onun səlahiyyətləri 2018-ci ildə sona çatacaq. Menendes bir müddət əvvəl namizədliyini təkrar irəli sürmək niyyətində olmadığını bildirib.

 

Qeyd edək ki, 62 yaşlı Robert Menendes ermənipərəst mövqeyi ilə seçilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12