Xaricdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının oxşarı yaradılıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy açıqlama verib. O bildirib ki, ABŞ-dakı erməni diasporası artıq təşkilatı yaratmaq üçün fəaliyyətə keçib.
Gülbəy qeyd edib ki, Suriyanın Kəsəb qəsəbəsində yaşayan erməniləri qorumaq üçün bu təşkilatın xüsusi təlim görmüş dəstələrindən istifadə olunur:
"Ermənistan mətbuatı sözdə Dağlıq Qarabağ parlamentinin millət vəkili, Qarabağ müharibəsində komandir kimi iştirak edən Vahan Badasyanın Suriyanın Kəsəb qəsəbəsinə yüzlərlə erməni könüllüsünün göndərdiyini yazır. Amerikada fəaliyyət göstərən erməni diasporu ASALA-nın yerinə yaradılan Neo-ASALA-ya Suriyada erməniləri qorumaq adı ilə xüsusi təlim keçirlər.
Erməni Neo-ASALA-sı Suriyadakı düşərgələrdə silahdan istifadə qaydalarını, snayper, yollara mina yerləşdirmək və uzaqdan idarə olunan minaların istifadəsi qaydalarını öyrənirlər".
Göksəl Gülbəy bir neçə il bundan öncə Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliklərinə ünvalanan ASALA imzalı təhdid məktublarının Neo-ASALA tərəfindən göndərildiyini iddia edib.

Ermənilər yeni terror təşkilatı yaradıb
Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28