Erməni vəkil rus əsgərini müdafiə etməkdən imtina etdi
17 yanvar 2015 21:32 (UTC +04:00)

Erməni vəkil rus əsgərini müdafiə etməkdən imtina etdi

0

Vəkil erməni Gümrüdə erməni ailəsinin 6 üzvünü  qətlə yetirən rus əsgəri Valeri Permyakovu  müdafiə etməkdən imtina edib. APA-nın “İnterfaks”-a istinadən verdiyi xəbərə görə, Tamara Yayloyan Valeri Permyakovun işi üzrə Ermənistan Vəkillər Palatası tərəfindən vəkil təyin edilib.

 

O, bu qərarı emosiyalara qapılaraq  verdiyini bildirib.

 

“O, uşaqları süngü ilə necə vurduğunu danışarkən mən otağı tərk etdim və prosesi artıq davam etdirə bilmədim. Bəlkə də bu qeyri-peşəkar qərardır, lakin bu belədir”, deyə Tamara Yayloyan yerli telekanalın efirində bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar